31 oktyabr 2024 12:02
162

Əgər Polşa Ukraynadakı münaqişəyə qoşularsa... - XƏBƏRDARLIQ

Əgər Polşa Ukraynadakı münaqişəyə qatılarsa, bu, onun üçün təhlükəli nəticələrlə dolu olacaq.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet bildirib.

"Polşa üçün bu, çox təhlükəli oyun olacaq, bunun ardınca onun üçün ciddi təhlükəli və fəlakətli nəticələr doğuracaq", - deyə, parlamentari bildirib.

Deputat qeyd edib ki, belə bir qərar Polşanı nəinki münaqişənin iştirakçısına çevirəcək, həm də onu yeni eskalasiya səviyyəsinə çıxaracaq. ABŞ-dakı “qaynar başlar” Rusiyaya zərər vurmaq cəhdləri ilə təkcə ukraynalıları deyil, həm də Polşa xalqını qurban verməyə hazırdırlar.

ABŞ Helsinki Komissiyasının liderləri bundan əvvəl ABŞ lideri Co Baydenə müraciət edərək, Polşaya Ukrayna üzərindən raketləri vurmağa icazə verməyə çağırıb. Onların müraciətini “The Hill” qəzeti dərc edib.