Türkiyənin müdafiə sənayesi hədəfə götürülüb.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır İstanbulda çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin bu sahədəki uğurlarının qarşısını almaq istəyənlər məqsədlərinə nail olmayacaqlar: “Biz yolumuza davam edəcək, daha çox işləyəcəyik”.
Nazir həmçinin qeyd edib ki, Türkiyə çətin coğrafi mövqedə yerləşir: “Belə bir şəraitdə güclü olmağa məcburuq”.
M.F.Kacır bildirib ki, indi dünyada insanların haqlarını müdafiə edən beynəlxalq hüquq və ya təşkilat yoxdur.