31 oktyabr 2024 11:53
163

Ermənistan qondarma soyqırımının beynəlxalq səviyyədə tanınmasını prioritet saymır

"Erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması Ermənistan Xarici İşlər Nazirliyinin prioritet məsələləri siyahısına daxil deyil.

"İki sahil” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu nazir Ararat Mirzoyan parlamentdə 2025-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

"Bu, bizim üçün prioritet məsələ deyil", - o bildirib.

A.Mirzoyanın sözlərinə görə, prioritet məsələlərin siyahısına Bakı ilə münasibətlərin nizamlanması və sülh sazişinin imzalanması, delimitasiya və kommunikasiyaların açılması daxildir.