31 oktyabr 2024 11:23
152

Slovakiya Aİ ölkələri arasında Rusiya mallarının əsas alıcısına çevrilib - "Eurostat"

Avqust ayında Slovakiya Avropa İttifaqı ölkələri arasında Rusiya mallarının əsas alıcısı olub.

“İki sahil” xəbər verir ki, bu, “RİA Novosti”nin Eurostat məlumatlarına əsaslanan hesablamalarından irəli gəlir.

Qeyd olunur ki, avqustda Slovakiya Rusiya məhsullarının alışını 2,1 dəfə artırıb - 320,9 milyon avroya qədər.

İkinci yerdə İtaliya (319,2 milyon avro), üçüncü yerdə Macarıstan (300,3 milyon avro) qərarlaşıb.