31 oktyabr 2024 11:20
159

Çin sanksiyaları ABŞ-ın Ukraynaya PUA təchizatçısına zərbə vurub - “Financial Times”

ABŞ-ın dron istehsalçısı “Skydio”, Çinin sanksiyalar tətbiq etməsindən sonra tədarük zənciri böhranı ilə üzləşir.

“İki sahil” “Financial Times”a istinadla xəbər verir ki, şirkətin pilotsuz təyyarələri İsrail və Böyük Britaniya da daxil olmaqla ABŞ-ın müttəfiqləri tərəfindən istifadə olunur.  “Skydio” Ukraynanı da PUA ilə təchiz edir.

“The Financial Times” “Skydio”nu ABŞ-ın ən böyük dron istehsalçısı adlandırır. Korporasiya akkumulyator istehsalçıları da daxil olmaqla, alternativ təchizatçıları tez tapmağa çalışır. Korporasiya kömək üçün prezident Co Baydenin administrasiyasına müraciət edib.

“Skydio” bildirib ki, Kiyevdən minlərlə PUA tədarükü üçün müraciət alıb. Şirkət, digərləri ilə yanaşı, Ukraynaya X10 kəşfiyyat aparatları da tədarük edir. Oktyabrın 30-da Skydio müştərilərə dronlarla göndərilən batareyaların sayını məhdudlaşdırdığı barədə xəbərdarlıq edib.