Ukraynada prezident seçkiləri münaqişə bitdikdən dərhal sonra keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu sözləri, “Corriere della Sera”ya müsahibəsində Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski bütün hərbi qulluqçuların və qaçqınların seçkilərdə səs verə bilməsini istəyir.