Böyük Britaniyanın İqlim nəzarəti üzrə Hökumət Komitəsi bildirib ki, sakinlər ekologiya naminə ət və süd istehlakını 50 % azaltmalıdırlar.
“İki sahil” xəbər verir ki, bu barədə “Telegraph” qəzeti xəbər verib.
Komitənin enerji naziri Ed Milibendə yazdığı məktubda ət və süd istehsalının 2050-ci ilə qədər yarıya endirilməli və məhsulların bitki mənşəli məhsullarla əvəz edilməsi vacibliyi iddia edilir. Bu tədbirlər 2035-ci ilə qədər karbon dioksid emissiyalarının 1990-cı illə müqayisədə 81 % azaldılması üçün görülməlidir.
Komitə rəhbəri Pirs Forsterin sözlərinə görə, ət və süd istehlakını azaltmaq üçün fermerlər üçün subsidiyaları azaltmaq, ərzaq vergilərini artırmaq və reklamlarını məhdudlaşdırmaq mümkündür. Hökumət qoyun və mal-qaranın azalmasını da düşünməlidir, çünki bu heyvanların istehsal etdiyi metan iqlim dəyişikliyinin əsas səbəblərindən biridir.