Boliviyanın keçmiş prezidenti Evo Moralesin avtomobili atəşə tutulub.
“İki sahil” xəbər verir ki, hadisə barədə ölkə prezidenti Luis Arce “Telegram” kanalında paylaşım edib.
“Hər hansı zorakılıqdan istifadə qınana bilər və araşdırılmalıdır. Ona görə də mən baş verənləri müəyyən etmək üçün dərhal hərtərəfli araşdırma aparılmasını əmr etdim”, - deyə o bildirib.