Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda İsrail və İranın xarici işlər nazirləri İsrael Katz və Abbas Əraqçi ilə danışıqlar apardığını bildirib.
“İki sahil” xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu gün İsrailin xarici işlər naziri İsrael Katz və İranın xarici işlər naziri Əraqçi ilə mühüm danışıqlar apardım. Böyük Britaniya Livan və Qəzzada gərginliyin azaldılmasında, münaqişələrin dayandırılmasında israr etməkdə davam edir. Regional müharibə fəlakət olardı, bu, heç kimin maraqlarına uyğun deyil", - paylaşımda qeyd edilir.