Fələstinin Həmas hərəkatı Qəzza zolağında İsraillə münaqişənin həlli çərçivəsində Livanın Hizbullah təşkilatı ilə atəşkəs haqqında koordinasiyalı hərəkət edir.
“İki sahil” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbəsinə istinadən məlumat yayıb.
"Biz atəşkəslə bağlı Hizbullah ilə koordinasiyalı hərəkət edirik. İki cəbhəni bir-birindən ayırmaq olmaz", - Həmasdakı mənbə bildirib.
Qeyd edilib ki, Fələstin hərəkatı “qismən deyil, hərtərəfli atəşkəs razılaşmasına” nail olmağa çalışır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”