28 oktyabr 2024 00:45
203

Pezeşkian: İsrailin təcavüzünə layiqli cavab verəcəyik

İran İsrailin hücumuna layiqli cavab verəcək.

“İki sahil” xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Tehranda keçirilən kabinet iclasında çıxış zamanı deyib.

İran dövlət televiziyasının məlumatına görə, dövlər başçısı müharibə istəmədiklərini bildirib: “Biz müharibənin tərəfdarı deyilik, millətimizin və ölkəmizin hüquqlarını müdafiə edəcəyik. Sionist rejimin təcavüzünə müvafiq cavab verəcəyik”.

Pezeşkian bir daha xatırladıb ki, Qərb liderləri onlara İsrailin Qəzzaya hücumlarının dayandırılacağına dair söz veriblər, lakin onlar onları yerinə yetirməyiblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”