Türkiyədə 5 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) bildirilib.
Saat 20.07-də episentri Adananın Kozan rayonunda olan zəlzələnin 20,13 kilometr dərinlikdə baş verdiyi müəyyən olunub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.