27 oktyabr 2024 21:34
209

Boliviyanın sabiq prezidentinə sui-qəsd cəhdi olub

Boliviyanın keçmiş prezidenti Evo Morales feysbukdakı hesabında avtomobilinin atəşə tutulmasını əks etdirən videonu paylaşıb.

“İki sahil” xəbər verir ki, siyasətçi hadisə zamanı salonda olub.

Morales hadisəni sui-qəsd cəhdi adlandıraraq deyib: "Bu, hökumətin göstərişi ilə məni tutmaq cəhdi idi".