Egey dənizində Çanaqqalanın Ayvacık rayonu sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Qeyd edilib ki, episentri Çanaqqalanın Ayvacık rayonu olan 4,3 bal gücündə zəlzələ yerli vaxtla saat 17.56-da qeydə alınıb.
Zəlzələnin 9,02 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”