12 oktyabr 2024 11:38
451

Alimlər: Həddindən artıq şəkər istehlakı beyində enerji balansını pozur

Almaniya İnsan Qidalanma İnstitutunun mütəxəssisləri tərəfindən aparılan yeni bir araşdırma müxtəlif qida komponentlərinin təhlükələri ilə bağlı yeni faktları üzə çıxarıb.

"İki sahil" “Scientific Reports” platformasında dərc olunan məqaləyə istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə görə, şəkər beyin sağlamlığı üçün yağlardan daha təhlükəli ola bilər. Alimlər müxtəlif növ qidalanmanın siçanlarda AgRP neyronlarının fəaliyyətinə təsirini öyrəniblər. Gəmiricilər yağ və şəkərlə zəngin qida qəbul edib, bundan sonra onların beyin fəaliyyəti təhlil olunub. Əvvəlki fərziyyələrin əksinə olaraq, tədqiqat yüksək yağlı qidanın beyinə əhəmiyyətli mənfi təsirini aşkar etməyib. Bunun əksinə olaraq, sinir fəaliyyətinə ən açıq şəkildə mənfi təsir göstərən sadə karbohidratlar olub.

Alimlər bildiriblər ki, həddindən artıq şəkər istehlakı beyində enerji balansını pozur, həmçinin piylənmə və diabet də daxil olmaqla metabolik xəstəliklərin inkişafı riskini artırır.