07 oktyabr 2024 17:44
330

Azərbaycan qlobal problemin həllinə töhfə verməyi qarşıya hədəf qoyub

Bu gün Azərbaycan  dünyanın nadir ölkələrindən biri hesab olunur ki, mürəkkəb  geosiyasi proseslərdən öz milli maraqlarının, problemlərinin həllində faydalana bilib. Azərbaycan nəinki qlobal maliyyə-iqtisadi böhranlardan, kataklizmlərdən kənarda qalıb, eyni zamanda ərazi bütövlüyünü təmin edərək, suverenliyinin bərpasına nail ola bilib. Bununla da Azərbaycan suverenliyini bərpa etməklə Cənubi Qafqazda yeni reallıqlar yartamaqla beynəlxalq miqyasda ciddi aktor rolunu oynayan ölkələrdən birinə çevrilib. Azərbaycan cənab Prezident İlham Əliyevin  çox uğurlu diplomatik gedişləri nəticəsində bu mürəkkəb   geosiyasi mübarizələrin  yaratdığı  çağırışlara və reallıqlara  çevik reaksiya verməsi nəticəsində davamalı uğurlara imza atmaqdadır.  Azərbaycan enerji sahəsində olduğu kimi,  hazırda logistika sahəsində də  Avrasiya coğrafiyasında yeni logistika xəritəsini müəyyən etməkdədir. Azərbaycan  həm də    qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv rol oynayan ölkə kimi, "yaşıl enerjiyə" keçid istiqamətində ciddi addımlar atmaqla Avropanın bütövlükdə enerji təhlükəsizliyində daha etibarlı tərəfdaş olamağı qarşısına hədəf qoyub. Bunun nəticəsi olaraq noyabrda Bakıda COP29 Zirvə toplantısı keçiriləcək. Ölkəmiz  təkcə toplanıtının keçirilməsinə deyil,  qlobal problemin həllinə töhfə verməyi qarşıya hədəf qoyub. Bu istiqamətdə ciddi uğurlara  da imza atılmaqdadır.  Bu da nəticə etibarı ilə Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzunun möhkəmlənməsinə və daha ciddi aktor rolunda çıxış etməsinə yeni imkanlar açır. Azərbaycan  yerləşdiyi coğrafiyanın yaratdığı imkanlardan faydalanmaqla toqquşan geosiyasi güclər arasında bir qapı və əməkdaşlıq körpü rolunu oynamaqdadır. Cənab Prezident Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı da bunun bariz nümunəsidir".

“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

 O  təəsüflə qeyd edib ki, Azərbaycanın bu uğurları bir çox güclər tərəfindən, anti-Azərbaycan qüvvələr, xüsusən də erməni lobbisinin təsiri altında olan güclər tərəfindən qısqanclıqla qarşlanır:   "Bu qüvvələr Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzuna xələl gətirmək üçün  fəallaşmağa başlayıblar.   bu mıəqsədlə də  öz siyasi təlxəklərini səhnəyə buraxırlar. Bunlardan biri də anti-Azərbaycan mövqeyi ilə tanınan AŞPA-nın almaniyalı üzvü Frank Şvabedir.  Adıçəkilən bədnam qüvvələrin əlində alıt olan bu siyasi təlxək cənab Prezidentin 
Beynəlxalq Çernobbio Forumunda AŞPA-nın Azərbaycana qarşı  sərgilədiyi qərəzli mövqeyini şərh etməsinə reaksiya verərək ortaya absurd iddialar atıb.  Şvabe öz "arqumentlərində”  Azərbaycanı  heç bir reallığa uyğun olmayan  çürük "siyasi məhbus” kimi absur fikirlərlə ititham etməyə cəhd edib. Amma bu insan nədənsə unudur ki, sivil dünyaya təqdim edilən demokratiya, insan azadlıqları və hüquqları kimi  dəyərlər məhz özlərini demokratiyanın, qanunun aliliyinin müdafiəçisi rolunda  çıxış edən ölkələr tərəfindən çeynənilir və ayaqlar altına atılır. Bu ölkələr əslində  demokratiya, insan azadlıqları və hüquqları adı altında dünyada  neokolonialist siyasətlərini həyata keçirilər. Yaxud da öz şərtlərini diqtə etmək üçün bəzi ölkələrə təzyiq vasitəsi kimi istifadə edirlər. Azərbaycanın əldə etdiyi uğurları  həzm edə bilməyən həmin neokolonialist siyasət yürüdən ölkələr AŞPA-dan və Şvabe kimi insanlardan bir alət kimi  ölkəmizə qarşı istifadə edirlər.

Cənab Prezident həmin Forumda AŞPA-nın Azərbaycanın səsvermə hüququndan məhrum edilməsinin əsl mahiyyətini açaraq  Avropa strukturlarının iç üzünü  ifşa edərək bildirib ki,  bu, Azərbaycanın suverenliyini bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. 
Belə bir qərara səs verənlər  Azərbaycanı Avropa Şurasında görmək istəməyənlər idi və Azərbaycan da bu qərara  adekvat addım ataraq  AŞPA-nın 70-dən artıq üzvünü arzulolunmaz şəxs elan edərək ölkəyə girişinə qadağa qoyub. Ölkə başçısı  onu da bəyan edib ki, bu qadağa Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyəti bərpa edildikdən sonra qaldırılacaq. Bu bir daha onu göstərir ki, hansı ölkə və ya təşkilat olmasından  asılı olmayaraq kimsə Azərbaycanla təhdid, şantaj və ya təzyiq dilində danışa bilməz. Azərbaycan buna  uyğun adekvat addım atacaq. Azərbaycan heç kimlə şantaj dilində danışmır, amma onu özünə də rəva görmür. Şantaj AŞPA-da məhz Şvabe kimilərin danışdığı dildir. Amma bununda bədəli ağır olur. Şvabe kimi  başqalarının əlində alət olan siyasi təlxəklər bundan nəticə çıxarsalar daha yaxşı olar".