26 noyabr 2024 18:01
89

COP29-un uğurları iqlim böhranının həllində ortaq mənafelərin və bəşəri məsuliyyətin vacibliyini önə çıxardı

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bir daha nümayiş etdirdi ki, kollektiv qlobal səylər və güclü siyasi iradə iqlim problemləri ilə mübarizə üçün çox bəşəri  əhəmiyyətə malikdir. Azərbaycanın ev sahibliyi etdiyi bu qlobal tədbir həm də ölkəmizin iqlim diplomatiyasına sadiqliyini nümayiş etdirdi. Xüsusilə gələcək beynəlxalq əməkdaşlıq üçün möhkəm təmməllər atıldı. Süzügedən tədbir yalnız qabaqcıl texniki həllər deyil, həm də iqlim böhranının həllində ortaq məsuliyyətin vacibliyini ön plana sıxardı.

Azərbacan Prezidenti cənab İlham Əliyev COP29-dakı möhtəşəm çıxışı zamanı bir çox mühüm məsələlərə toxunaraq ölkəmizin beynəlxalq əməkdaşlıqda strateji rolu və əhəmiyyətini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan təkcə Şimal və Cənub, Şərq və Qərbin qovuşduğu bir ölkə deyil, həm də beynəlxalq siyasət, mədəniyyət, enerji və ticarət sahələrində çoxtərəfli əməkdaşlıq formatlarını həyata keçirən bir dövlətdir. Artıq bütün dünya Azərbaycanın qlobal loqistik layihələrindən, yaşıl enerjiyə keçid mərhələsindən məlumatlıdır. Bir sözlə, Azərbaycanın başladığı meqalayihələr, o cümlədən enerji və nəqliyyat layihələri, Avrasiyanın tranzit və enerji xəritəsini dəyişmiş, davamlı inkişaf üçün yeni imkanlar yaratmışdır.

Ümumiyyətlə, ən böyük tarixi hadisə COP29- da qəbul edilən yekun sənəddir. Bu sənəddə inkişaf etməkdə olan ölkələrdə təsirlərin azaldılması və uyğunlaşma səylərini dəstəkləmək məqsədi daşıyan yeni iqlim maliyyəsi üçün tarixi 1,3 trilyon ABŞ dolları məbləğində hədəf müəyyən edilmişdir. Bu təşəbbüs iqlim böhranı ilə mübarizə üçün resursların ədalətli bölüşdürülməsinin vacibliyini göstərir.

Digər tərəfdən, COP29 dəniz səviyyəsinin qalxması və ekstremal hava hadisələri kimi iqlim dəyişikliyinin təsirlərindən ən çox zərər görən ölkələrə kömək etmək üçün nəzərdə tutulmuş mühüm maliyyə aləti olan İtki və Zərər Fondu üçün mexanizmləri gücləndirdi.

Eyni zamanda, Azərbaycan xüsusilə Üzvi Tullantılardan Metanın Azaldılması üzrə COP29 Bəyannaməsinin qəbul edilməsi vasitəsilə metan emissiyalarının azaldılmasının təşviqində aparıcı rol oynamışdır. Bu təşəbbüs 2030-cu ilə qədər metan emissiyalarını 30% azaltmağı hədəfləyən Qlobal Metan Vədi ilə uyğun gəlir.

COP29-da innovasiyalara və bərpa olunan enerji sistemlərinə keçidi sürətləndirmək üçün davamlı enerji və yaşıl texnologiyaların irəliləyişinə yönəlmiş müzakirələr də uğurla aparıldı. Bu səylərə, həmçinin qlobal miqyasda yerləşdirməni genişləndirmək üçün özəl sektorlarla tərəfdaşlıq da daxildir.

COP29 nümayiş etdirdi ki, kollektiv qlobal səylər və güclü siyasi iradə iqlim problemləri ilə mübarizə üçün həyati əhəmiyyət kəsb edir. Bu konfrans təkcə qabaqcıl texniki həllər deyil, həm də iqlim böhranının həllində ortaq məsuliyyətin vacibliyini ön plana çəkdi.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri