Cəbrayıl rayonyu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir.Cənub tərəfdən İran İslam Respublikası,cənub-qərbdən Zəngilan,qərbdən Qubadlı,şimaldan Xocavənd,şərqdən isə Fizuli rayonları ilə həmsərhəddir.Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir.
Cəbrayıl şəhəri 8 avqust 1930-cu ildə təşkil edilib.23 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal edilmişdir.27 sentyabr 2020-ci ildə -4 oktyabr 2020-ci ilədək Cəbrayıl döyüşləri davam etdi. İşğal zamanı Cəbrayıl rayonu bir şəhər,4 qəsəbə və 97 kənddən ibarət idi.1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdir.
Cəbrayıl şəhərinin işğaldan edilməsini isə Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib.Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.Şəhərlə yanaşı 80 kənd də işgaldan azad edildi. Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi və Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edildi.
Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi.Üstəlik Azərbaycan ordusunun Xocavənd rayonun cənub kəndləri və strateji Hadrud qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirilməsi üçün geniş imkanlar yarandı.
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir,həm də mühüm hərbi stateji əhəmiyyət daşıyır,Araz çayının ən dar,qayalıqla əhatələnən yerində inşa edilmişdir. Məhz buna görə müharibədə qalib gəlməsindən 6 gün sonra noyabrın 16-da Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər, Cəbrayıl şəhərində və Xüdəfərin körpüsündə Azərbaycan bayrağını qaldırıldı.
Prezident İlham Əliyev dedi: ”Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır.Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi.”
2020-ci il noyabrın 26 da “ Cəbrayılın azad olunmasına görə” medal təhsis edildi.12523 hərbi qulluqçu bu medalla təltif edildi.
Böyük Zəfərə yol açmış Cəbrayıl şəhərinin azadlığı uğrunda vuruşan,əsl qəhrəmanlıq,fədəkarlıq,rəşadət göstərdiyi şəhidlərimizlə əbədi fəxr edəcəyik.
Məftunə Zülfüqarova,
Bakı şəhəri, Xətai rayonu, 165 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə ditektor müavini,
YAP Xətai rayon təşkilatının üzvü