Azərbaycan badmintonçuları Uqandanın paytaxtı Kampalada keçirilən "International" seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıblar.
Badminton Federasiyasının mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, "Uganda International Series 2024" turnirində yarımfinala kimi irəliləyən Era Maftuha yarışı üçüncü sırada başa vurub.
O, Uqanda, BƏƏ və Maldivi təmsil edən rəqiblərini məğlub edərək qadınların şəxsi yarışında bürünc medal qazanıb. Badmintonçu finalın bir addımlığında turnirin qalibi olan Malayziya təmsilçisi Loh Zhi Veiyə 3 setin yekununda məğlub olub.
Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov ilə Diki Panqestu Malta, Şotlandiya və İtaliyanı təmsil edən badmintonçuları mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən cütlük bu mərhələdə hindistanlı rəqiblərinə hər iki setdə uduzub.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb