23 noyabr 2026 13:15
63

“Barselona” Lamin Yamalı Bakıya gətirmir

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”a qarşı keçiriləcək oyun üçün Bakıya səfər etməyəcək.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, 18 yaşlı hücumçu bərpa prosesini davam etdirmək və tam hazır vəziyyətə qayıtmaq məqsədilə Barselonada qalacaq.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.