Misli Premyer Liqasının 12-ci turunda “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib.
“İki sahil”in məlumatına görə, Şamaxıda baş tutan qarşılaşmanın 19-cu dəqiqəsində Qustavo Klisman hesabı açıb. 70-ci dəqiqədə Draqolyub Saviç qonaqların üstünlüyünü iki qola yüksəldib. 74-cü dəqiqədə Qustavo Klisman özünün ikinci, komandasının üçüncü qolunu vurub. 82-ci dəqiqədə isə “Neftçi”nin futbolçusu Rüfət Abbasov topu öz qapısından keçirərək avtoqola imza atıb – 1-3.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
12-ci tur
22 noyabr (bazar)
14:30. “Araz-Naxçıvan” 1-3 “Neftçi”
Qollar: Qustavo Klisman, 19 (0:1), Draqolyub Saviç, 70 (0:2), Qustavo Klisman, 74 (0:3), Rüfət Abbasov, 82-avtoqol (1:3)
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev, Fərid Hacıyev (VAR), Vüsal Məmmədov (AVAR)
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”
23-29 NOYABR TARİXLƏRİNDƏ KEÇİRİLƏCƏK YERLİ VƏ BEYNƏLXALQ VOLEYBOL YARIŞLARININ PROQRAMI
AVROPA KUBOKLARINDA ÖLKƏMİZİ TƏMSİL EDƏN KLUBLARIMIZIN NÖVBƏTİ OYUNLARININ PROQRAMI