"Vest Hem"in braziliyalı futbolçusu Lukas Paketa məhkəmə qarşısına çıxacaq.
"İki sahil" İdman.biz-ə istinadən xəbər verir ki, İngiltərə mətbuatı dinləmənin mart ayında olacağını bildirib. Mərc oyunlarında günahlandırılan Paketanın ömürlük futboldan uzaqlaşdırılması gündəmə gəlib. İngiltərə Futbol Assosiasiyası (FIA) feyr-pley qaydalarını pozduğuna görə futbolçunun ciddi cəzlandırılmasının tərəfdarıdır.
Qeyd edək ki, Lukasın 60-a yaxın tanışı onun sarı vərəqə almasına pul qoyuluşu edib və 100 min funtdan çox qazanc əldə edib. Paketa isə bütün ittihamları rədd edib.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb