"Real" ötən gecə La Liqanın 9-cu turunda "Vilyarreal"la oyunda ağır zədə alan futbolçusu Dani Karvahalın durumu ilə bağlı açıqlama yayıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dizindən ciddi xəsarət alan müdafiəçinin əməliyyat olunacağı qeyd olunub:
“Klubun tibbi xidməti Dani Karvahalı müayinə etdikdən sonra ona ön çarpaz, xarici bağın yırtılmas, eyni zamanda sağ ayağının bud sümüyündə yırtılma diaqnozu qoyulub. O, yaxın günlərdə əməliyyat olunacaq."
Qeyd edək ki, matçın son dəqiqələrində rəqib futbolçusu ilə toqquşan Karvahal meydanı xərəkdə və göz yaşları içində tərk edib.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb