"Real"ın müdafiəçisi Daniel Karvahal İspaniya La Liqasının 9-cu turunun "Vilyarreal"la (2:0) oyununda zədələnib.
“İki sahil” xəbər verir ki, 32 yaşlı futbolçu matçın son dəqiqələrində rəqib müdafiəçi Pino ilə toqquşaraq yerə yıxılıb. O, meydanı xərəkdə və göz yaşları içində tərk edib.
Xəstəxanaya aparılan ispaniyalı futbolçunun durumu müəyyənləşib. Karvahal özü bu barədə İnstaqram səhifəsində məlumat yayıb. O, çarpaz bağlarının zədələndiyi və bir neçə ay meydana çıxa bilməyəcəyini yazıb.
Qeyd edək ki, "Real"ın aparıcı üzvlərindən olan Karvahal həm də vitse-kapitandır.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb