06 oktyabr 2024 01:59
492

Azad Cəbrayıl abadlaşır

Tarixə və onun hadisələrinə qiymət vermək mümkündür, lakin tarixi və onun hadisələrini geri qaytarmaq qeyri – mümkündür.  Tarixi çox qədim olan Azərbaycan isə heç durmayan, sönməyən faciələr yaşadı. XX əsr Azərbaycan üçün çox qovğalı və qasırğalı oldu.

Azərbaycanlılar 200 ildən artıqdır ki, məkanı, yurdu, soy kökü bəlli olmayan nankor erməni separatizminin etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, tarixi yurd yerlərindən, doğma torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdirlər. Bir çox dövlətlərin dəstəyinə söykənən erməni şovinist – terrorçu dəstələrin – 1905, 1908, 1918 – 1920 və 1948 – 1953 – cü illərin qanlı terroru nəticəsində minlərlə günahsız azərbaycanlıların soyu yer üzündən silinmişdir. 1988 – ci ildə özgə torpaqlarına göz dikən acgöz ermənilərin canavar xisləti özünü yenidən göstərdi. 1992 – ci ilin fevralın 25- dən 26 – na keçən gecə ermənilər tarixin ən qanlı gecəsini, Xocalı faciəsini törətdilər. Ümummilli Lider Heydər Əliyev bu faciə haqqında demişdir: “ Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı ilə qeyri insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir!”

Ulu Öndərin başladığı işi onun layiqli davamçısı Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla başa çatdırdı. İşğal altında olan torpaqlarımızı güclü ordumuz sayəsində azad etdi, şəhidlərin qanı yerdə qalmadı.  23 Avqust 1993 – cü ildə Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən işğal olunmuşdur. Cəbrayıl rayonu 1 şəhər, 49 qəsəbə, 97 kənddən ibarət idi. 1050 km2 əhatə edən 52000 nəfər əhalisi olan rayonda 72 ümumitəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocaqları, 100 - ə yaxın kənd vəhşıcəsinə dağıdılmışdır. 362 nəfər şəhid, 191 nəfər əlil olub, 6 nəfər sakin Azərbaycan Milli Qəhrəmani adına layiq görülüb. Cəbrayıl rayonundan olan məcburi köçkünlər Respublikanın 58 rayonunda 2000 – dək yaşayış məntəqəsində qaçqın düşərgələrində, yük vaqonlarında və s. məskunlaşmışdılar.  1994 – cü ildə “Horadiz əməliyyatı” nəticəsində Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Cocuq Mərcanlıya qayıdış böyük qayıdışın başlanğıcı idi.  2016 – cı ildə Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumü nəticəsində Lələtəpə yüksəkliyinin alınması igid əsgərlərimizin qəhrəmanlığı uğuru idi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha ada yaxımlaşdırdı.  2020 – ci il sentyabrın 27 – də başlamış əks – hücum nəticəsində həmin il oktyabrın 4- də Cəbrayıl şəhəri erməni işğalçılarından azad edildi. Döyüşlərin ilk günündən cəbhəni yaran Azərbaycan ordusu düşməni geri çəkilməyə məcbur etdi. 27 il davam edən həsrətə son qoyuldu. 2020 – ci ilin noyabrın 26 – da “Cəbrayılın azad edilməsinə görə “ medalı təsis edildi. Cəbrayılın geri alınmasında  iştirak edən şəxsi igidlik və şücaət nümayiş etdirilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir çox hərbiçiləri bu medalla təltif olundu.

Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün azad edilməsi və qalib Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağının ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Bu Azərbaycan torpaqlarının tam azad olunmasına bir mesaj idi.

 “Cəbrayıl əməliyyatı”nın çox böyük, siyasi əhəmiyyəti var idi. Belə ki, digər işğal altında olan rayonlara əks hücumumuz mümkün olmuşdur. Düşmənin Cəbrayıl ərazisində qurduğu istehkamları yarmaq çox böyük güc və vaxt tələb edirdi. Çox əzmli qəhrəmanlarımız bunun öhdəsindən gəldilər. İgid əsgərlərimiz həm yol açır, həm də döyüşürdülər. Bu möhtəşəm əməliyyat sayəsində Azərbaycan Ordusu Xocavənd rayonunun kəndlərini azad etdi. Hadrud qəsəbəsi əməliyyatları geniş imkanlar yaratdı. Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğaldan azad edildi.

Cəbrayıl rayonunda görülən və bərpa edilən quruculuq işləri başlandı. “Araz Vadisi İqtisadi zonası” yaradılması bütün regionun inkişafı üçün əsaslı hadisədir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilmiş, bütün kəndləri bərpa edilmişdir. Cəbrayıl rayonunda 200 MV artıq gücə malik elektrik – enerjisi stansiyası inşa edildi. Prezidentin 2023- cü ildə imzaladığı Sərəncamla 4 Oktyabr Cəbrayıl Şəhəri Günü kimi təsis edilib.

Nuriyyə Hüseynova,
254 №-li məktəbin İnformatika müəllimi