Azərbaycan taekvondoçusu Hüseyn Xudiyev (73 kq) Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
“İki sahil” xəbər verir ki, milli üzvü yarımfinalda uduzaraq üçüncü olub. O, Qırğızıstan, Serbiya, Kosovo və Fransadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda isə iranlı rəqibinə məğlub olub.
Qeyd edək ki, daha əvvəl Vasif Səlimov (63 kq) mundialın bürünc medalına sahib çıxıb.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb