Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.
“İki sahil” xəbər verir ki, milli üzvü +100 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsində yer alıb. K.Nəsibov qızıl medal uğrunda görüşdə Denis Batsayevə (AIN) məğlub olub. Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı üçüncü medaldır. Daha əvvəl Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) mundialda bürünc medal əldə ediblər.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb