İdman Arbitraj Məhkəməsi (CAS) daha əvvəl 5 oyunluq diskvalifikasiya edilən Uruqvay millisinin hücumçusu Darvin Nunyesin cəzasını yüngülləşdirib.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, Amerika Kubokunun yarımfinalında Kolumbiya millisi ilə keçirilən matçda azarkeşlərlə dava edən və buna görə 5 oyunluq cəzaya məruz qalan 25 yaşlı futbolçu Uruqvay yığmasının növbəti qarşılaşmalarında iştirak edə biləcək. O, 2026-cı il dünya çempionatının seçmə mərhələsində qarşılaşacaqları Peri və Ekvador yığması ilə oyunlarda komandasına kömək edəcək.
Cəzaya görə Nunyes ölkəsinin Paraqvay və Venesuela ilə oyunlarını buraxmaq məcburiyyətində qalmışdı.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb