Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun II turunda Gürcüstan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:45-də başlayacaq. I turda Azərbaycan İngiltərəni məğlub edib (4:0), Gürcüstan isə İspaniyaya uduzub (1:13).
Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb