Azərbaycan Premyer Liqasında "Kəpəz" "Neftçi"yə qalib gəlib.
“İki sahil” xəbər verir ki, IX turun açılış matçında, Tovuz şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən Gəncə təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanıb - 4:3.
Meydan sahiblərinin heyətində Orxan Əliyev (24, 32) dubl müəllifi olub. Mahamadu Ba (41) və Viktor Braqa (48) isə hərəyə bir dəfə fərqləniblər. Qonaq komandadan Ervin Koffi (4), Ramil Şeydayev (31) və Ağadadaş Salyanski (90+5) adını tabloya yazdırıb.
Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "Kəpəz" hesabına ilk 3 xalı yazdırıb.
Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb