05 oktyabr 2024 01:59
513

Omeqa 3-ü balıqdan başqa hansı qidalardan almaq olar?

Brüssel kələmi

Brüssel kələmi ürək sağlamlığını qoruya və hətta ürək-damar xəstəliklərinin inkişaf riskini azalda bilər. Hər yarım stəkana 135 mq miqdarında omeqa 3 ehtiva edir. Bu gündəlik tövsiyə olunan qədərin yarısından yuxarıdır. Brüssel kələmi ilə salatları xüsusilə sevəcəksiniz.

Qoz

Beyin sağlamlığını yaxşılaşdırmaq və aclıq hissini aradan qaldırmaqla yanaşı, qoz sağlam yağlar və omeqa-3 yağ turşuları ilə zəngindir. Gündəlik bir ovuc qoz yemək çox faydalıdır.

Çia toxumu

Gündəlik tövsiyə olunan omeqa-3 qəbulunun çoxunu təmin edən yalnız bir unsiya çia toxumu ətrafdakı ən yaxşı bitki əsaslı mənbələrdən biridir. Onlar liflə zəngindirlər, həmçinin qatıqlara, salatlara və içkilərə asanlıqla əlavə edilə bilər. Banan və çia toxumlu smuziləri sınaya bilərsiniz.

Yabanı düyü

Adına baxmayaraq, yabanı düyü ümumiyyətlə, düyü deyil, otdur. Tərkibində qəhvəyi düyüdən nəinki iki dəfə çox protein və lif var, həm də təəccüblü miqdarda omeqa-3 yağ turşuları var.

Çətənə toxumu

Toxum ailəsinin digər üzvlərindən olan bir qədər az tanınan çətənə artritdən qurtulmaq və artıq çəki ilə mübarizədə sağlamlıq faydaları “təklif edir”. Bu toxumlar həm omeqa-3 və omeqa-6 yağ turşularının, eləcə də həyati vacib bitki zülallarının əla mənbəyidir.

Nubar Süleymanova, “İki sahil”