Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.
“İki sahil” xəbər verir ki, Boks Federasiyasından verilən məlumata görə, millinin heyətində Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (92 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Yalnız finalda uduzan Nəbi İsgəndərov (71 kq) ikinci yeri tutub. Mübarizəni yarımfinalda dayandıran Tayfur Əliyev (60 kq) isə bürünc medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycanı Aktauda hakim kimi İlqar Qasımzadə təmsil edib.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb