Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis mövsümün sonunda "Everton"a rəhbərlik edə bilər.
Mersisaydlıların sahiblərinin yaxın vaxtlarda dəyişəcəyi gözlənilir. Amerikalı milyarder Den Fridkin klubun səhmlərinin 94 %-ni almaq barədə razılığa gəlib.
Mourinyonun mümkün gəlişi də məhz yeni rəhbərliyin baş məşqçini dəyişmək qərarı ilə bağlıdır.
Qeyd edək ki, J.Mourinyo və D.Fridkin daha əvvəl, portuqaliyalı mütəxəssis İtaliyanın "Roma" klubunda çalışarkən əməkdaşlıq ediblər.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb