"Qarabağ" güclü komandadır.
“İki sahil” xəbər verir ki, bunu İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Ryudström "Qarabağ"a qarşı keçirdikləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis nəticəni dəyərləndirib: "Qarabağ" güclü komandadır. Həqiqətən çox çətinlik çəkdik. Bununla belə, komandamdan razıyam. Qələbəyə layiq idik və istədiyimiz nəticəni qazandıq. Çox yaxşı müdafiə olunduq. İlk oyundan fərqli daha məntiqli çıxış etdik. Yeni təcrübə qazanmış olduq".
Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb