20 sentyabr 2024 16:03
79

Azərbaycanda ESG standartları üzrə platformanın inkişafına dair növbəti addımlar açıqlanıb

Milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə vahid rəqəmsal platformanın inkişafı ilə bağlı müəyyən addımların atılması planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycan ofisinin Tərəfdaşlıq və inkişaf məsələləri üzrə müşaviri Ülviyyə Əkbərova platforma konsepsiyanın təqdimatında bildirib.

"Platformanın uğurlu inkişafı üçün kollektiv səylərin vurğulanması, əsas mərhələlərin müəyyən edilməsi, üzvlərə platformanın inkişafına necə töhfə verə biləcəyi və bu prosesdə necə iştirak edə biləcəyinin izah edilməsi, üzvlərin davamlı olaraq rəy və təkliflərini verə biləcəyi yolların paylaşılması, rəsmi işə salınmadan sonrakı addımların müzakirə edilməsi planlar arasındadır", - deyə o qeyd edib.