20 sentyabr 2024 18:30
71

Mərkəzi Bank 24 sığorta agentinin lisenziyası ilə bağlı qərar qəbul edib

Azərbaycan Mərkəzi Bankı (AMB) 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

“İki sahil” AMB-ya istinadla xəbər verir ki, AMB həmçinin 19 fiziki şəxsə və 2 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib.

Lisenziyaların ləğvi barədə qərar avqustun 21-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciətlər əsasında, lisenziyaların qüvvəsinin bərpası barədə qərar isə sentyabrın 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədar qəbul olunub.