20 sentyabr 2024 11:52
75

Ərdoğan Nyu-Yorkda Yunanıstanın Baş naziri ilə danışıqlar aparacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 24-də Nyu-Yorka səfəri çərçivəsində Yunanıstanın Baş naziri Kiriakis Mitsotakis ilə danışıqlar aparacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, onlar ikitərəfli münasibətlərə dair danışıqlar aparacaqlar.

Bundan başqa, Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində çıxış edəcək.