20 sentyabr 2024 14:58
91

Peskovdan Krımın BMT mandatı altında verilməsi təkliflə ilə bağlı AÇIQLAMA

Rusiya regionları müzakirə mövzusu ola bilməz.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Krımın BMT mandatı altına verilməsi təklifinə belə cavab verib.

“Biz hesab edirik ki, bu sualı vermək olduqca absurd bir yoldur. Rusiya ərazisinin özü və Rusiya regionları heç bir müzakirə və ya kiməsə təhvil verilə bilməz”, - deyə Peskova bildirib.