20 sentyabr 2024 15:07
81

Ukraynada məmurlara və hərbçilərə Telegram-dan istifadə QADAĞAN EDİLDİ

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTXK) hərbçilərə və dövlət qulluqçularına Telegram messencerindən rəsmi cihazlarda istifadə etməyi qadağan edib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, messengeri yalnız ondan istifadə etmək xidməti vəzifəsi olan dövlət işçiləri quraşdıra biləcəklər.

Milli Təhlükəsizlik və Müdafiə Şurasında Telegram-ın qadağan edilməsi qərarı təhlükəsizlik mülahizələri ilə izah edilib. Ukrayna kəşfiyyat xidmətlərinin məlumatına görə, Rusiya messencerdən kiberhücumlar və raket zərbələrinin korreksiyası üçün istifadə edir.