17 sentyabr 2024 20:28
296

Gələn il üçün inflyasiya proqnozu

Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.

“İki sahil”  bu barədə Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Məlumata görə, proqnonu İqtisadiyyat Nazirliyi beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozlarını, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirlərini əsas götürərək hazırlayıb.