17 sentyabr 2024 20:12
185

2025- ci il üzrə icmal büdcənin gəlir və xərc proqnozu açıqlanıb

2025-ci ildə icmal büdcənin gəlirləri 44 milyard 371,4 milyon manat səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisinə nəzərən 856,4 milyon manat və ya 2% artım deməkdir.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Qeyd edilib ki, icmal büdcə xərcləri isə növbəti ildə 45 milyard 867 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 240,2 milyon manat və ya 0,5% çoxdur. 2025-ci il üzrə icmal büdcədə 1495,6 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılıb.