17 sentyabr 2024 20:07
273

Gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərclənəcək

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 4 milyard manatı və yaxud 10,1 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,6 % azdır.