13 sentyabr 2024 23:21
181

Formula 1 Türkiyə və ŞKTC idmansevərlərinin diqqət mərkəzindədir

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) idman ictimaiyyətinin diqqəti “Formula 1 Qatar Aiways Azərbaycan Qran-Prisi 2024”ə yönəlib.

“İki sahil” xəbər verir ki, avtomobil idmanı dünyasının ən mötəbər yarışlarına olan marağı nəzərə alaraq, Türkiyədə və ŞKTC-də aparıcı idman nəşrləri, qəzetlər, xəbər resursları və telekanallar Bakıda keçiriləcək yarışların təqvimi barədə tamaşaçıları və oxucuları ətraflı məlumatlandırıb.

Qardaş ölkələrin media strukturları Formula 1 Azərbaycan Qran-Prisinin şəhər trekində artıq bir neçə ildir keçirilməsi faktını vurğulayıb.

Xəbərdə qeyd olunur ki, yarışlar həftəsonu çərçivəsində biletləri çoxdan satılan iki sinifdə - Formula 1 və Formula 2 üzrə təşkil olunur.

Bildirilir ki, hazırkı Formula 1 yarışları Azərbaycan tarixində sayca səkkizincidir. Məlumatlarda Bakıda möhtəşəm yarışlarda iştirak edən pilotların və komandaların siyahıları yer alıb.

Formula 1 mövsümünün 17-ci mərhələsinin yarışlarını yayımlayan kanalların siyahısı da təqdim olunub.