13 sentyabr 2024 10:53
176

İzləyicilərinin sayı 1 milyarda çatdı

"Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo bütün sosial şəbəkələrdə ümumi izləyicilərinin sayının 1 milyarda çatdığını açıqlayıb. 

“İki sahil” xəbər verir ki, Portuqaliya millisinin kapitanı tarixdə bu uğura nail olan ilk şəxs olub.

“Biz tarix yaratdıq - 1 milyard abunəçi! Bu, bir rəqəmdən daha çox anlam ifadə edir - bu, bizim ümumi oyun ehtirasımızın, ona olan sevginin təsdiqidir” - deyə Ronaldo bildirib.

O, yaydığı paylaşımda həmçinin yazıb: “Madeyra küçələrindən tutmuş dünyanın ən böyük səhnələrinə qədər mən həmişə öz ailəm və sizin üçün oynamışam və indi 1 milyard insan birlikdəyik. Mənə inandığınız, dəstəyiniz və həyatımın bir parçası olduğunuz üçün təşəkkür edirəm. Ən yaxşı şeylər hələ qarşıdadır və biz birlikdə qalib gələcək və tarix yazacağıq”.