11 sentyabr 2024 10:22
191

Şəmkirdə yük maşını dərəyə aşıb, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "KamAZ" markalı yük maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü və onun sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.