21 sentyabr 2024 23:53
64

5 yaşlı uşaq binadan yıxılıb

Bakının Sabunçu rayonunda körpə binadan yıxılıb.

“İki sahil” xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü İsmayılov Əli Tahir oğlu binanın ikinci mərtəbəsindən yıxılıb.

Uşaq ağır xəsarətlər alıb. Əli İsmayılov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. (APA)