21 sentyabr 2024 21:29
65

Şuşada mikroavtobus aşıb

Şuşa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  rayonun Turşsu kəndi ərazisində “Ford Tranzit” markalı mikroavtobus aşıb, azı beş sərnişin yaralanıb. Yaralılar Xankəndi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Şuşa Rayon Polis şöbəsində araşdırma aparılır.