21 sentyabr 2024 21:34
91

Allahşükür Paşazadə Azərbaycan diasporunun üzvləri ilə görüşüb

Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan diasporunun üzvləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  QMİ-nin rəhbəri Azərbaycanda dövlət-din münasibətlərindən danışıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısını vurğulayıb. A.Paşazadə İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, dini məbədlərin yenidən qurulması, azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesi barədə məlumat verib. Bundan başqa, QMİ sədri ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətindən söhbət açıb.

Görüş zamanı şeyxülislam diaspor nümayəndələrini maraqlandıran suallara cavab verib.