11 sentyabr 2024 10:01
224

Qızlardan ibarət Azərbaycan millilərinə namizəd basketbolçulara baxış prosesi keçirilib

Azərbaycan Texniki Universitetinin idman zalında, Azərbaycan Basketbol Federasiyasının Məşqçilər Şurası tərəfindən qızlardan ibarət milli komandalara namizəd oyunçulara baxış prosesi keçirilib.

Federasiyanın mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, qadınlardan ibarət millimizin baş məşqçisi Evren Alkayanın rəhbərlik etdiyi baxış prosesində Aygün Eynullayeva, Sakit Nuriyev, Konstantin Volkov, Evelina Qaradağlı, Zihni Anaç kimi məşqçilər də iştirak ediblər.

U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxış prosesində 132 qız basketbolçu iştirak edib. U-12 yaş kateqoriyasında 20 nəfərdən 10-u, U-14 yaş kateqoriyasında 50 nəfərdən 20-si, U-16 yaş kateqoriyasında 60 nəfərdən 20-si seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.

Qeyd edək ki, baxış prosesinin əsas məqsədi qarşıdakı illərdə qızlardan ibarət müxtəlif yaş qrupları milli komandaların heyətində daha istedadlı basketbolçuların yer almasıdır.