06 sentyabr 2024 10:01
224

Qırğızıstanda TDT DİN başçılarının iclası keçirilir

Qırğızıstanın Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin toplantısı keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün sosial media hesabında məlumat yayıb.

“Biz Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyevin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirlərinin və xarici işlər nazirlərinin iştirakı ilə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin 1-ci toplantısındayıq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”